Yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon 498,2 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 624,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 571,3 min ton yükün dəyəri 169,1 milyon dollar təşkil edib.
Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 926,8 min ton, dəyəri isə 455 milyon dollar olub.