Meyvə-tərəvəz ixracı artıb

2021.04.16 17:32 (UTC+04:00)

Yanvar-mart aylarında ölkədən 89,9 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 97,2 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 113,2 milyon dollar olmaqla 84,6 min ton meyvə-tərəvəz ixrac edilib.