Birinci rübdə 225,6 min ton neft məhsulları ixrac edilib

2021.04.16 16:52 (UTC+04:00)

Yanvar-mart aylarında ölkədən 225,6 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 91,2 milyon ABŞ dollarından çox olub.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 223,9 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 88 milyon dollar olmuşdu.