Əhalinin banklardakı əmanətləri artıb

2021.04.16 16:19 (UTC+04:00)

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği fevral ayı ərzində 177 milyon manat artaraq 8 milyard 379,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 50,1 faizi xarici, 49,9 faizi isə milli valyutada qoyulub. Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,03 (2,05) manata, 100 türk lirəsinə 22,64 (23,19) manata, 100 rus rubluna 2,29 (2,29) manata bərabər olub.