Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,5 milyard kubmetr təbii qaz ötürülüb

2021.04.16 16:03 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 9 milyard 811 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birinci rübdə qaz nəqlinin 46,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 milyard 539,8 milyon kubmetr təbii qaz ixrac edilib.