Birinci rübdə Azərbaycanda 7,8 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

2021.04.16 13:20 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycanda 8 milyon 816,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 10 milyard 563,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 7 milyard 803,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, birinci rübdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 5,5 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 12 faiz artıb.