Dövlət büdcəsinin icrasında 212,7 milyon manatlıq profisit yaranıb

2021.04.16 13:11 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 212,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər profisit yaranıb.