Bu ilin ilk rübündə sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib

2021.04.15 16:26 (UTC+04:00)

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6 faiz və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.