Azərbaycan 79 ölkəyə məhsul ixrac edib

2021.04.14 17:59 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 79 ölkəyə məhsul ixrac olunub, 133 ölkədən idxal edilib.