23 obyektdə zəruri qayda və tələblərə əməl edilmədiyi aşkar olunub

2021.04.14 17:43 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 13-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Papaq mağaza”da, “Aytac İnşaat tikinti materialları mağazası”nda, “Fərid optika”da, Murad Nəsibliyə məxsus “Tikinti materialları mağazası”nda, Arzuman Səfərova məxsus “Mebel mağazası”nda, Rüfət Məhərrəmova məxsus “Telefon aksessuarları mağazası”nda, İlqar Bayramova məxsus “Uşaq aləmi” ticarət obyektində, Sevil Tağıyevaya məxsus “Şirniyyat mağazası”nda, Qorxmaz Vəliyevə məxsus “Geyim mağazası”nda, Pərviz İbayevə məxsus “Estetik mərkəz”də, ümumilikdə, 23 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.