Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes assosiasiyalarına müraciət edib.
KOBİA-dan bildirilib ki, Avropa İttifaqı tərəfindən 2022-ci ilədək qrant maliyyələşdirilməsi əsasında “EU4BCC” (şirkətlərin əlaqələndirilməsi) layihəsinin həyata keçirilməsi üzrə müsabiqə elan edilib. Layihənin məqsədi Avropa İttifaqı ilə Avropa qonşuluq siyasəti ölkələrində fəaliyyət göstərən biznes subyektləri və biznesə dəstək göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də kiçik və orta biznesin inkişafına yardım etməklə dayanıqlı iqtisadi inkişafın və iş yerlərinin yaradılmasının dəstəklənməsidir. Müsabiqədə Azərbaycanda bio-orqanik məhsullar, çaxır istehsalı, turizm, tekstil və yaradıcı sənaye sektorlarında fəaliyyət göstərən biznes assosiasiyaları və biznesə xidmət göstərən təşkilatlar iştirak edə bilərlər. Müraciətlər üçün son tarix aprelin 30-dur.
Layihəyə qoşulmaq istəyən müvafiq biznes assosiasiyaları və biznesə xidmət göstərən təşkilatlar şərtlərlə tanış olmaq, qeydiyyat və ətraflı məlumat üçün https://connectingcompanies.eu/ saytına müraciət edə bilərlər.