Mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki ayla müqayisədə 210 min barel artaraq sutkada 25 milyon 50 min barel olub.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan gündəlik hasilat isə 5 milyon 160 min barel təşkil edib. Bununla da, martda OPEC-in sutkalıq istehsalı ümumilikdə 30 milyon 210 min barelə yüksəlib.