Bu il qlobal neft tələbatı sutkada 96,7 milyon barelə çatacaq

2021.04.14 14:35 (UTC+04:00)

Cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,7 milyon barel (6,3 faiz) artaraq gündəlik 96 milyon 700 min barrel olacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, il ərində sutkalıq tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min bareli Amerika qitəsində, 13 milyon 900 min bareli isə Avropada formalaşacaq.