Üç ayda ölkə üzrə elektrik enerjisinin ixracı 509 milyon kilovat/saat təşkil edib.
Energetika Nazirliyindən bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 25,9 milyon kilovat/saat artıb. İrana 8,3 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 23,1 milyon kilovat/saat, Gürcüstana isə 464,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.
Yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 32,1 milyon kilovat/saat olub. İrandan 8,2 milyon kilovat/saat, Rusiyadan 15,3 milyon kilovat/saat, Gürcüstandan isə 8,6 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.