Üç ayda bərpaolunan enerji mənbələrindən hansı həcmdə elektrik enerjisi istehsal olunub?

2021.04.14 12:53 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 22,56 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 9,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, birinci rübdə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 53,14 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.