Mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 milyon kilovat/saat artaraq 2 milyard 364,3 milyon kilovat/saat olub.
Energetika Nazirliyindən bildirilib ki, ay ərzində elektrik enerjisinin ixracı 175,1 milyon kilovat/saat, idxalı isə 11 milyon kilovat/saat təşkil edib.