Pandemiya dövründə Azərbaycanın qeyri-neft ixracatı artıb

2021.04.15 15:33 (UTC+04:00)

Millət vəkili Vuqar Bayramov bildirib ki, ilkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. “Qardaş ölkə bu ilin ilk ayında da 36,1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olub. Qeyd edək ki, bu ilin mart ayından Azərbaycan ilə Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə minib. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4,5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir.

Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq birinci rübdə emal edilmiş məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb”.