Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsaitin həcmi...

2019.03.04 10:17 (UTC+04:00)

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2019-cu il 25 fevral tarixli Sərəncamının əhatə etdiyi həssas qruplara aid olan 577 min nəfərdən 73 minə yaxını sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur. Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan 150 manat müavinət və 50 manat təqaüd formasında ümumilikdə 200 manat təşkil edəcək.