Qlobal neft tələbatı bu il sutkada 6 milyon barel artacaq

2021.04.13 17:01 (UTC+04:00)

Qlobal xam neft tələbatı cari ildə ötən ilə görə 6 milyon barel (6,58 faiz) artaraq sutkalıq orta hesabla 96 milyon 500 min barrel təşkil edəcək.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Bildirilir ki, il ərzində OPEC-ə üzv ölkələrin neft tələbatı isə 2020-ci ilə nisbətən 4 milyon 900 min barel çoxalaraq gündəlik orta hesabla 27 milyon 400 min barel olacaq.