Bu ilin I rübündə 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

2021.04.13 14:52 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, onlardan 31,3 mini münasib işlərlə təmin edilib. 3500-dək şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.