E-sosial.az portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb

2021.04.13 11:59 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu il də artmaqda davam edərək 879 minə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Eyni zamanda, hər kəs e-sosial.az portalında özü barədə portalda toplanmış məlumatları mütəmadi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə nəzarət edə bilir.
Eləcə də portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Qeyd olunanlar portala böyük maraq yaradır. Təkcə bu ilin ilk rübündə e-sosial.az portalına 3,5 milyon dəfə müraciət qeydə alınıb.