“Hökumət buludu”na keçidlə bağlı müzakirələr aparılıb

2021.04.10 11:30 (UTC+04:00)

“AzInTelecom” MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.

MMC-dən bildirilib ki, bu həftə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.