“Azeri Light” neftinin bir barreli 62,77 dollara satılır

2021.04.10 11:19 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 62,77 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.