Tacikistanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Vergi (maliyyə) Rəhbərləri Əlaqələndirmə Şurasının (ƏŞ) işçi qrupunun onlayn iclası keçirilib.
AZƏRTAC Tacikistan Dövlət Maliyyə Nəzarəti və Korrupsiya ilə Mübarizə Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda bu ölkə ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Ermənistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İclasda Şuranın əvvəlki iclaslarında qəbul olunan qərarların yerinə yetirilməsi, bu il Əlaqələndirmə Şurasınının Azərbaycanda keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq məsələlər diqqət mərkəzində olub.
İşçi qrupunun üzvləri Əlaqələndirmə Şurasında sədrliyin Tacikistandan Azərbaycana keçməsi, MDB-nin yaradılmasının 30 illiyi, 2021-2022-ci illərdə Şuranın iş planının layihəsi ilə bağlı məsələləri müzakirə ediblər.