2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb. Birinci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 milyon manat çox).
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, icbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.