G20 ölkələri biznes üçün yeni qlobal verginin tətbiqi ideyasını dəstəkləyiblər

2021.04.09 13:33 (UTC+04:00)

G20 ölkələrinin maliyyə nazirləri ABŞ-ın maliyyə naziri Canet Yellenin bütün dünyada biznes üçün vahid minimal vergi dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüsünə tərəfdar olduqlarını bildiriblər.

“Böyük iyirmilik”in maliyyə nazirliklərinin və mərkəzi banklarının rəhbərləri qeyd ediblər ki, bu ilin ortalarında biznes üçün minimal vergi həddi ilə bağlı konsensusa əsaslanan qlobal həllə nail olmağa hazırlaşırlar.

Xəbər verdiyimiz kimi, ABŞ-ın Maliyyə Nazirliyi bir neçə gün əvvəl bütün dünyada korporativ verginin minimal dərəcəsini tətbiq etmək təşəbbüsünü irəli sürmüşdü:

https://bit.ly/320uOY0