Mikayıl Cabbarov: Üç ayda sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan çox vəsait daxil olub

2021.04.08 17:45 (UTC+04:00)

2021-ci ilin birinci rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan çox vəsait daxil olub (nəzərdə tutulandan 107 milyon manat çox).

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əlavə daxilolmanın 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır.