Qlobal ərzaq qiymətləri son 7 ilin maksimumuna yüksəlib

2021.04.08 15:41 (UTC+04:00)

Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri 2014-cü ildən bəri maksimum səviyyəyə yüksəlib.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal qida qiymətləri indeksinə görə, qlobal ərzaq məhsulları ticarətində son 7 ilin ən yüksək qiymətləri müşahidə olunub.

Ərzaq məhsullarındakı bahalaşma isə 10 aydır davam edir.