Birinci yarımildə qlobal neft ehtiyatları sutkada 1,8 milyon barrel azalacaq

2021.04.07 13:04 (UTC+04:00)

Cari ilin ikinci rübündə OPEC-in xam neft hasilatının sutkada 25,8 milyon barrel olacağı gözlənilir. İlin ikinci yarısında isə hasilat gündəlik 27,9 milyon barrelə çatacaq.
Bu proqnozla ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.
EIA-ya görə, ilin birinci yarısında qlobal neft ehtiyatları sutkada 1,8 milyon barrel azalacaq. Ehtiyatlar ilin ikinci yarısında isə tarazlı gedişatı davam etdirəcək.