Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.04.06 18:10 (UTC+04:00)

Aprelin 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106010884 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 AZN (13 faiz) və 100.61 AZN (7.27 faiz) olan 39 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.06 AZN (7.475 faiz), orta ölçülmüş qiyməti 100.2743 AZN (7.3963 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170 milyon 534 min manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il aprelin 2-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 7-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.