Beynəlxalq Valyuta Fondu (IMF) cari ilə dair qlobal iqtisadi artım proqnozunu yüksəldib.
IMF bu il üzrə qlobal iqtisadi artımın 6,6 faiz olacağını nəzərdə tutur. Fondun əvvəlki proqnozu 5 faiz artım idi.
Əgər IMF-nin proqnozu reallaşarsa, 2020-ci ildə 3,3 faiz azalma ilə 1929-cu ildəki “Böyük depressiya”dan bəri ən kəskin geriləmə yaşanan qlobal iqtisadiyyatda 2021-ci ildə son 40 ilin ən sürətli artımı qeydə alınacaq.