Məşğulluq proqramına qoşulanlardan 3571-i əlilliyi olan şəxslərdir

2021.04.06 14:53 (UTC+04:00)

Məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ödənişli ictimai işlər proqramında sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

“DOST İş Mərkəzi”ndən verilən məlumata görə, proqrama cəlb olunanların 3571-i əlilliyi olan şəxslərdir. Onların 43 nəfəri birinci, 2394 nəfəri ikinci, 1134 nəfəri üçüncü qrup əlillərdir.

Proqrama qoşulanların hər biri ilə əmək müqaviləsinin bağlanılması onların gələcək sosial təminat hüquqlarına əsas yaradır. Onu da qeyd edək ki, ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.