Belarusda Aİ ölkələrinə səfərlər üçün vergi tutulacaq

2021.04.06 13:04 (UTC+04:00)

Qərbi Belarus regionu deputatlarının qəbul etdikləri yeni qərara əsasən, Qrodnen vilayəti ərazisində Belarus Respublikasının dövlət sərhədini keçən avtomobil nəqliyyatı sürücüləri “keçid məntəqələrində avtomobil nəqliyyatı ilə dövlət sərhədini keçdiklərinə görə yerli vergi” ödəməlidirilər.

Qərar ölkənin Vergi Məcəlləsinə istinad olunmaqla qəbul edilib. “Səfər vergiləri”nin tutulması haqqında təşəbbüsü ilk dəfə bir neçə il əvvəl ölkə prezidenti Aleksandr Lukaşenko irəli sürmüş və bu məsələ dəfələrlə gündəliyə gətirilmişdi.

“Yerli yığım” kimi təqdim edilən verginin məbləği 29 Belarus rubluna (18,7 manat) bərabər olacaq. Yeni vergi 2021-ci il mayın 21-dən tutulmağa başlayacaq. İlkin mərhələdə bu prosesin 2023-cü ilin yanvarına qədər davam edəcəyi nəzərdə tutulub.