Birinci rübdə “Azeri Light” neftinin orta qiyməti 61,6 dollar olub

2021.04.02 18:30 (UTC+04:00)

Yanvar-mart aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 61,6 dollar təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artıb.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.