Yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 29 milyon 166 min ABŞ dolları olub.
Bu barədəARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.