ABŞ-ın 13 ştatının baş prokurorları 1,9 trilyon həcmində COVID-19 təşviq paketinin Konstitusiyaya zidd olduğunu səbəb göstərək prezident Co Baydenin administrasiyasını məhkəməyə veriblər.
Baş prokurorlar iddia ərizəsini Alabama ştanıdakı regional federal məhkəməyə təqdim ediblər. Onlar əsas səbəb kimi ştatların vergi kəsintilərini tarazlaşdırmaq məqsədilə təşviq paketindəki yardımın birbaşa və ya dolayı yolla istifadə edilməsinin bloklandığını və bunun Konstitusiyaya zidd olduğunu göstəriblər.
Qərbi Virciniya ştatının baş prokuroru Patrik Morrisey açıqlama verərək əvvəlki hökumətlərin heç vaxt ştatların maliyyəsini bu qədər ələ keçirməyə təşəbbüs göstərmədiklərini qeyd edib: "Konstitusiya ştatları illik büdcələrinin 25 faizinə yaxın olan bir çek qarşılığında təməl konstitusional funksiyalarından birini itirməyə məcbur edən bir federal hökumətə deyil, müstəqil ştatlara üstünlük verir”.
Ohayo ştatının baş prokuroru Deyv Yost isə martın 17-də irəli sürdüyü məhkəmə iddiasında ştatların vergi kəsintilərini aradan qaldırmaq üçün COVID-19 yardımlarından istifadə edilməsinə qadağa qoyulmasına etiraz etmişdi.