Sumqayıt Kimya Sənaye Parkının rezidenti şüşə vərəqələrin ixracına başlayıb

2021.04.02 14:21 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti (SKSP) “Azerfloat” QSC ilk dəfə olaraq Türkiyə, Rusiya və Ukraynaya ümumi həcmi 90 min kvadratmetr ağ şəffaf şüşə vərəqələr ixrac edib.

SKSP-dan bildirilib ki, ümumi investisiya dəyəri 100 milyon avro olan “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu müxtəlif çeşiddə, yüksəkkeyfiyyətli rəngli və şəffaf şüşə vərəqələri istehsal edir.