Məcburi dövlət sığorta haqlarının tarif sistemi müzakirə edilib

2021.04.02 10:40 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Səfər Mehdiyev və departament müdiri Elşad Xanəlibəyli Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə Avrasiya regionu üçün nəzərədə tutlan onlayn konfransda iştirak edib.

Konfrans “İqtisadi sabitsizlik dövründə məcburi dövlət sığorta haqlarının tarif sisteminin aktuar əsaslandırılması” mövzusuna həsr edilib. Konfransda qocalıq, əlillik və ailə başçısını itirmə ilə bağlı yarana biləcək risklərin qarşılanması üçün Avrasiya regionu üzrə pensiya proqramlarının maliyyə mənbələri, gəlir və xərclər arasındakı tarazlığın uzunmüddətli təminatı üçün məcburi dövlət sosial sığorta (MDSS) haqlarının müəyyən edilməsinə dair təcrübə mübadiləsi aparılıb.

Tədbirdə COVID-19 pandemiyası səbəbindən müşahidə olunan iqtisadi sabitsizlik dövründə pensiya həcmlərinin qorunub saxlanılması kimi məsələlər müzakirə edilib.

Fondun nümayəndəsi “Qlobal iqtisadi sabitsizlik dövründə Azərbaycanda MDSS haqlarının tarif sistemi” mövzusunda təqdimatla çıxış edib.