Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2021.04.01 15:55 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Mərkəzi Bankdan bildirilib ki, AMB-nin valyuta ehtiyatları aprelin 1-nə 6 milyard 356,2 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 11,4 milyon dollar azdır.