Neft Fondu martdakı valyuta hərraclarında 397,7 milyon dollar satıb

2021.04.01 15:43 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən mart ayı ərzində valyuta hərraclarında 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondu fevral ayındakı valyuta hərraclarında 437,3 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.