Türkiyədən Böyük Britaniyaya qida məhsullarının ixracı sürətlə artır

2021.04.01 12:47 (UTC+04:00)

2021-ci ilin əvvəlindən iki ölkə arasında qüvvəyə minmiş Sərbəst Ticarət Sazişi çərçivəsində gömrük vergisinin dərəcəsi sıfıra endirildiyi üçün Türkiyədən Böyük Britaniyaya qida məhsullarının ixracı sahəsində böyük artım müşahidə olunur.

Xüsusilə zeytun yağının hər kiloqramına görə tutulan 1,45 avro məbləğində gömrük vergisi bu sahədə fəaliyyət göstərən firmalar üçün böyük məhdudiyyət yaradırdı: gömrük vergisi yağın qiymətinin təxminən 40 faizini təşkil edirdi.

Qida məhsullarının ixracı ilə məşğul olan şirkət nümayəndələri Avropa İttifaqı (Aİ) ilə Türkiyə hökuməti arasında da müvafiq razılaşma əldə olunmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, Aİ tərəfindən qida məhsullarının ixracı ilə bağlı belə bir maneə yalnız Türkiyəyə qarşı mövcuddur.