İki ayda əcnəbilər bank kartları ilə ölkəmizdə 50,5 milyon manatlıq əməliyyatlar aparıblar

2021.03.31 18:03 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında istinadla bildirilib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 123 ölkədən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Fevralda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 25,5 milyon manat təşkil edib. Cari ilin ilk iki ayında isə əcnəbilər bank kartları vasitəsilə 50,5 milyon manatlıq əməliyyatlar aparıblar.