Daha 20 dövlət əmlakı özəlləşdirilib

2021.03.31 16:03 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

Dövlət Xidmətindən bildirilib ki, hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 15-i nəqliyyat vasitəsi, biri isə səhmdar cəmiyyətidir. Rəqabət mühitində keçən hərracda ümumilikdə 42 sifariş verilib.

Qeyd edək ki, özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri və Qusar rayonunda yerləşir. Hərracda "Yevlax Kəndtəchizat" Açıq Səhmdar Cəmiyyətinin səhm paketi də satılıb.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3u7D6ZU)

ƏMDX tərəfindən təşkil olunan hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.