Ötən ay “Azexport.az” portalında ən çox ixrac sifarişi alan məhsullar açıqlanıb

2021.03.31 16:01 (UTC+04:00)

Cari ilin fevral ayında “Azexport.az” portalına ən çox ixrac sifarişi tütün, şəkər tozu, fındıq ləpəsi, günəbaxan yağı, biyan kökü, çay, şərab, toyuq yumurtası, meyvə şirəsi, kosmetik vasitə, mühərrik yağı, qənnadı məhsulu, pambıq, toyuq əti, zəfəran, sarımsaq və sair mallara daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında deyilir.