Fevralda “Azexport.az” portalına 35,3 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.03.31 15:52 (UTC+04:00)

Bu ilin fevral ayında “Azexport.az” portalına 35,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir ki, yanvar-fevral aylarında isə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 89,2 milyon dollar təşkil edib.

2017-ci ilin yanvar ayından cari ilin fevralın 28-dək (50 ay ərzində) “Azexport.az” portalına 143 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 285 milyon dollar olub.