Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb

2021.03.31 15:40 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) cari ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə Azərbaycanın qeyri-dövlət ixracatçı subyektlərinin adlarını açıqlayıb.

İİTKM-in “İxrac İcmalı”nın mart sayında bildirilir ki, ilin ilk 2 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunur: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi, "P-Aqro" MMC, "Baku Steel Company" MMC, "Critical Fruit" MMC, "Almeyvə" MMC, "Metal Trader LTD" MMC, "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və “Aqrovest” MMC.