Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.
Artıq sahibkarlıq subyektinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada daxil olan müraciətinə əsasən 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.
İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirməsi istiqamətində işlər davam etdirilir.