Martın 31-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101489S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,5167 AZN (6,24 faiz) və 99,5543 AZN (5,76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 860 milyon 724 min manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,5543 AZN (5,76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar aprelin 28-də ödəniləcək.