İki ayda Azərbaycandan 70,5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

2021.03.31 15:12 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında ölkədən 70,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilib ki, iki ayda pambıq lifi ixracının dəyəri 37,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 27,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,6 milyon, pambıq ipliyi ixracı 6,9 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1,9 milyon, şəkər ixracı 4,9 milyon, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 3,9 milyon, çay ixracı 1,4 milyon dollar təşkil edib.