İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında dövlətə məxsus aparıcı şirkətlərin adlarını açıqlayıb.
İİTKM-in “İxrac İcmalı”nın mart sayında bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda növbəti yerlərdə “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC qərarlaşıb.